İndoneziyada nəhəng piton qadını diri-diri uddu

İndoneziyada nəhəng piton qadını diri-diri uddu
Dünya 125

İndoneziyanın Şimali Maluku əyalətində 7,8 metr uzunluğunda piton qadına hücum edərək onu udub.

BAKU.WS xəbər verir ki, hadisə iyunun 9-da baş verib. Elizabet Yamalau evindən təxminən 300 metr aralıda yerləşən bostana inəyi gətirmək üçün gedib. Qadın üç saat keçməsinə baxmayaraq geri qayıtmayınca, həyat yoldaşı Beniamin Lanto onu axtarmağa çıxıb.

Kişi bostanda nəhəng pitonun qadını tamamilə udduğunu görüb. O, bağ alətlərinin köməyi ilə ilanı kəsərək həyat yoldaşını çıxarsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gələn polis əməkdaşları faktı təsdiqləyiblər. Yerli hakimiyyət orqanları sakinlərə yaşayış məntəqələri yaxınlığında vəhşi heyvanlar müşahidə etdikdə dərhal aidiyyəti qurumlara məlumat vermələri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Cənub-Şərqi Asiyanın bəzi bölgələrində iri pitonların insanlara hücum etməsi nadir də olsa qeydə alınır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər