Futbolda ilk dəfə oyunçu mübahisə zamanı ağzını qapadığı üçün meydandan qovulub
Beynəlxalq Futbol Federasiyasının (FIFA) yeni qaydalarına əsasən, Paraqvay millisinin futbolçusu Miqel Almiron DÇ-2026-da münaqişəli vəziyyət zamanı əl ilə ağzını qapatdığı üçün meydandan qovulan ilk oyunçu olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Almiron D qrupunun II turunun matçında Türkiyə yığmasına qarşı keçirilən oyunda qırmızı vərəqə alıb.
Birinci hissənin sonunda komandaların oyunçuları arasında qarşıdurma yaranıb. Almiron əli ilə ağzını qapadaraq türkiyəli Mert Müldürə müraciət edib. Meydandan qovulma qərarı VAR müdaxiləsindən sonra qəbul edilib.
Dünya çempionatı başlamazdan əvvəl FIFA qaydalara bir sıra dəyişikliklər edib. Buna əsasən, ağzını əli, çiyni və ya forması ilə qapadan istənilən oyunçu birbaşa qırmızı vərəqə ala bilər. Bu cür hərəkətlər danışığın məzmununu kameralardan gizlətmək cəhdi kimi qiymətləndirilir.
Qeyd edək ki, hazırda "ay-ulduzlu"lar hesabda geridədirlər - 0:1.
Oxşar xəbərlər
DÇ-2026: Türkiyə millisi növbəti mərhələ şansını erkən itirib
Futbol üzrə dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olub. BAKU.WS report-a istinadən xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən...