Azərbaycanda yumurta kəskin UCUZLAŞDI
19
iyn
2026
12:22
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, son günlərədək 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurta marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var.
Bildirilir ki, kəskin ucuzlaşma mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında yumurta istehlakı xeyli azalır. Əvəzində isə bu ərəfədə yumurta istehsalı daha da artır.
Qiymətin kəskin ucuzlaşmasında yumurta ixracının azalmasının da rol oynadığı istisna edilmir.
Qalereya
Oxşar xəbərlər
Borc mübahisələri ilə bağlı YENİ HÜQUQİ QƏRAR - Yazılı sübutlar əsas götürələcək?
Konstitusiya Məhkəməsi fiziki şəxslər arasında borc müqavilələri ilə bağlı mühüm qərar qəbul edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Konstitusiya Məhkə...