DÇ-2026: Türkiyə millisi növbəti mərhələ şansını erkən itirib
Futbol üzrə dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzublar.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, qrupun digər oyununda ABŞ seçməsi Avstraliyaya 2:0 hesabı ilə qalib gəlib. Bununla da qrupdakı ilk iki matçında uduzan Türkiyə seçməsinin növbəti mərhələyə çıxmayacağı dəqiqləşib.
*** 08:30
Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyununda ikinci hissə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar hesabda geridədirlər - 0:1.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
*** 07:55
Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyununda ilk hissə yekunlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar fasiləyə məğlub yollanıblar - 0:1.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
*** 07:03
Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyununda hesab açılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 1:0.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
*** 07:00
Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyunu başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, D qrupunun II turunun matçı San-Fransisko Bay Arena stadionunda keçirilir.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.
Oxşar xəbərlər
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillərin növbəti seçimi olub
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzillərin seçimi həyata...