Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur

Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur
Video
Hadisə 62

Bakıda yerləşən tuneldə aparılan yeni xətlənmə yolda sıxlığa səbəb olur.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektini birləşdirən tuneldə xətlənmədə edilən dəyişiklik səbəbindən nəqliyyatın hərəkətində ləngimələr yaranır.

Xüsusilə pik saatlarda ərazidə sıxlıq artır və yolda xaotik vəziyyət müşahidə olunur.

Sürücülər də bu zolaqlanmadan narazıdırlar. Onlar deyirlər ki, zolaqlanma əksər sürücülərdə çaşqınlığa səbəb olur. Hətta bəzən qəza şəraiti də yaranır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, əvvəllər "20 Yanvar" dairəsi və Əbdülvahab Salamzadə küçəsi istiqamətindən gələn nəqliyyat vasitələri tuneldən çıxışa doğru dörd zolaqdan iki zolağa daxil olmaq məcburiyyətində qalırdılar. Bu isə həmin hissədə hərəkət zamanı sıxlığa və qəza vəziyyətlərinin yaranmasına səbəb olurdu.

Artıq tunelin həmin hissəsində üç zolaq çəkilərək müvafiq xətlənmə işləri aparılıb və mövcud problem qismən aradan qaldırılıb. Agentlikdən o da bildirilib ki, edilən dəyişiklikdən sonra yolun buraxılış qabiliyyəti 30% artırıb. Lakin tunelin daxilində darboğaz effekti tunelin quruluşuna görə qalmaqdadır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev 65 yaşında vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar....

30 Hadisə 09:35 20 iyun 2026

Son xəbərlər