Dünya çempionatında həlledici anlar: Niderland - İsveç, Almaniya - Kot-d'İvuar
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə dünya çempionatında ikinci turun həyəcanı bütün sürəti ilə davam edir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,qrup mərhələsinin bu turu çərçivəsində yaşıl meydanlar futbol azarkeşlərinə bir-birindən gərgin və maraqlı qarşılaşmalar vəd edir.
F qrupunda günün ən çox diqqətçəkən duellərindən biri Niderland və İsveç yığmalarının qarşılaşması olacaq. Bu maraqlı matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Həmin qrupun digər görüşündə isə Tunis və Yaponiya milliləri qüvvələrini sınayacaqlar. Azarkeşlərin səbirsizliklə gözlədiyi bu oyun iyunun 21-də saat 08:00-da başlayacaq.
E qrupunun mübarizəsinə gəldikdə, iyunun 21-də gecə saat 00:00-da Almaniya və Kot-d'İvuar milliləri meydana çıxacaqlar, saat 04:00-da isə Ekvador və Kürasao yığmalarının qarşılaşması baş tutacaq.
Dünya çempionatı
II tur
F qrupu
20 iyun
21:00. Niderland - İsveç
21 iyun
08:00. Tunis - Yaponiya
E qrupu
21 iyun
00:00. Almaniya - Kot-d'İvuar
04:00. Ekvador - Kürasao
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...