10 mindən çox abonentin qazı kəsildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Xaçmaz rayonunun bir sıra yaşayış məntəqələrində qaz təchizatında fasilə yaranıb.
Bu barədə BAKU.WS-ə Xaçmaz Regional Qaz İstismar İdarəsindən məlumat verilib.
Bildirilib ki, Xaçmaz xidmət sahəsinin Xudat qazpaylayıcı stansiyasından qidalanan Xudat şəhəri istiqamətində istismarda olan PE 315 mm-lik yeraltı ortatəzyiqli qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq bu gün saat 09:30-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı daxildən dayandırılıb.
Qaz təchizatı dayandırılan müddətdə bir şəhər, bir qəsəbə və 26 kənd olmaqla ümumilikdə 10 190 abonentin qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...