Zakir Qaralov tapşırıq verdi: Prokurorlar NAZ-da gəzəcək

Zakir Qaralov tapşırıq verdi: Prokurorlar NAZ-da gəzəcək
Şou-biznes 2661
 

Prezident İlham Əliyevin tövsiyyəsindən sonra dövlət qurumlarının xidməti avtomobil kimi Naxçıvan Avtomobil Zavodu (NAZ) tərəfindən istehsal olunan "NAZ-lifan”dan istifadəsi artmaqdadır. 

Gununsesi.info-nun xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sonra Baş Prokurorluq da bu avtomobillərdən sifariş edib. Artıq prokuorluğun bir neçə idarə və şöbələrinin rəisləri üçün xidməti "NAZ-lifan” alınıb.

Prokurorluq işçilərinin peşə bayramı zamanı (1 oktyabr) bir çox prokuror Fəxri Xiyabana məhz yeni NAZ-larla gəliblər.

Xatırladaq ki, Naxçıvan Avtomobil Zavodu hazırda 8 çeşiddə minik avtomobili istehsal edir.

İstehsal olunan modellər "NAZ-Lifan 720",  "NAZ-Lifan 820" (Premium modellər), "NAZ-Lifan 620", "NAZ-Lifan 630" (sedan modellər), "NAZ-Lifan X50" və X60 (SUV), "NAZ-Lifan 320" və "NAZ-Lifan 330" (Mini) modelləridir.

"NAZ-Lifan 720" modelinin qiyməti 14 min manatdan, 820 modelinin qiyməti 22 min manatdan, X60 modelinin qiyməti də 14 min manatdan başlayır.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda Nazirlik işçilərinə “NAZ-lifan” alındı

Bakıda Nazirlik işçilərinə “NAZ-lifan” alındı

Çinin avtomobil zavoduna sifariş verilən daha 140 avtomobil sentyabr ayında Azərbaycanda olacaq. Bu haqda Modern.az-a Naxçıvan Avtomobil Zavodunun (NAZ) icraçı...

2830 Sosial 15:25 19 avqust 2016

Son xəbərlər