“Azərbaycan Dəmir Yolları” "NAZ Lifan"lar aldı
"Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd "NAZ Lifan” avtomobili alıb. ANS PRESS-in məlumatına görə, QSC "Təsərrüfat İdarəsi” MMC-nin rəisi Məhəmməd Əmircanov avtomobillərin xidməti istifadə üçün nəzərdə tutulduğunu söyləyib.
Bildirib ki, ümumiyyətlə, "Azərbaycan Dəmir Yolları” QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi "NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək.
Avtomobillərin alınması 2016-cı il yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində Azərbaycan prezidentinin tövsiyəsinə uyğun olaraq həyata keçirilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda NAZ alanların sayı artıb
Naxçıvan Avtomobil Zavodunun (NAZ) Çinə sifariş verdiyi avtomonillər artıq Azərbaycandadır. Bu haqda Modern.az saytına NAZ-ın icraçı direktoru Musa Abdullayev m...