Yarışmada qalibə birinci yeri pulla satan Namiq Fərhadoğlu: “Yaxşı etmişəm”
Yeniliklərdən dərhal xəbərdar olun
Aşıq Namiq Fərhadoğlu aparıcısı olduğu “Sazı köklə” adlı aşıqlar yarışmasında birinci yeri qalibə pulla satıb.
BAKU.WS xəbər verir ki, bu haqda ifaçı, qatıldığı “Həmin Zaur” proqramında məlumat verib. O, birinci yerə sahib olan şəxsdən 10 min manat aldığını etiraf edib:
“Biri soruşdu ki, birinci yerin xərci nə qədərdi? Mən də dedim, avtomobil qoyuram, gərək üç qat qazanım. Dedim ki, 10 min ver, səni birinci edim.
Maşına görə etdim. Sonra mənə dedilər ki, deyin, mən satmıram, ekspertiza qərar verir. Dedim, kişi kimi söz demişəm, yaxşı etmişəm. İnsan dediyi sözün ağası olmalıdır.
Ora gələn səslərdən 18 faiz vergi ödəyirəm. Camaat evini satıb səs verir. Orada ağa da, nökər də mənəm”.
Qeyd edək ki, sözügedən yarışma “Lider” kanalında yayımlanıb
Oxşar xəbərlər
Aktrisa Nərgiz Əliyeva: "3 gün cinlərlə yaşamışam" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aktrisa Nərgiz Əliyevadır. - Özünüzü necə təqdim edərdiniz?- Nərgiz Əliyeva. - Necə oldu ki, "Maşın şou"ya qatıldınız?- "Maşın şou"...