Azərbaycan teleməkanında yeni veriliş (VİDEO)

Azərbaycan teleməkanında yeni veriliş (VİDEO)
Video
Şou-biznes 2019

Azərbaycanda aşıq sənətinin inkişafı üçün yaradılan "Köklə sazı" layihəsi ötən gün Dünya TV-də yayımlanıb. BAKU.WS-in məlumatına görə, layihə izlənmə rekordu qırıb. Azərbaycanın bir çox bölgələrindən seçilən 12 iştirakçı layihə zamanı deyişəcəklər. "Köklə sazı" layihəsinin eksperti və layihə rəhbəri Aşıq Namiq Fərhadoğlu açıqlamasında bildirib: "Bu layihənin ərsəyə gəlməsi üçün çox çalışdıq. Əminəm ki, düzgün seçim etdik. 12 istedadlı gənc aşıq bu layihədə iştirak edir. Sonda qalibi hədiyyə olaraq bahalı avtomobil gözləyir. Hər həftə münsiflər kürsüsündə məndən savayı 3 fərqli, tanınıb, sevilən aşıqlar oturacaq. Bu həftə isə iştirakçılara dəstək olmaq üçün gələn münsiflərə Xalq aşığı Aşıq Ulduz Sönməzə, "Ozan" yarışmasının qalibi aşıq Avdıya və həmkarım Aşıq İlhama təşəkkür edirəm. Layihəmizin aparıcısı isə peşəkar jurnalist Lalə Mustafayevadır. Müğənni Şəbnəm Əsədova da ifası ilə ilk günümüzə xüsusi rəng qatdı. Əminəm ki, mənim rəhbərliyimlə təqdim olunan bu layihə Azərbaycana hələ çox səs salacaq. Çünki qarşıda möhtəşəm deyişmələr olacaq". Xatırladaq ki, "Köklə sazı" layihəsi Dünya TV-də yayımlanır. BAKU.WS

Son xəbərlər