Qanunsuz miqrantların ölkələrinə qaytarılması üçün yeni layihəyə start verilir
Azərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə pilot layihə həyata keçirəcək. Layihə Azərbaycandakı qanunsuz miqrantların öz ölkələrinə qaytarılmasını nəzərdə tutur. BAKU.WS-in məlumatına görə, bunu Trend-ə açıqlamasında DMX-nin rəis müavini, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev deyib. Onun sözlərinə görə, Azərbaycandakı qanunsuz miqrantların deportasiyası ilə bağlı layihə BMqT ilə müzakirə edilib və razılaşdırılıb. Onun bir müddət sonra həyata keçirilməsi planlaşdırılır: "Layihənin reallaşması üçün 50 min manat maliyyə vəsaiti tələb olunur. Hazırda maliyyə məsələlərinin həlli üçün müzakirələr aparılır. Bu barədə BMqT-nin baş direktoru Uilyam Sinqin ötən həftə Azərbaycana baş tutan rəsmi səfəri zamanı danışıqlar aparılıb. Maliyyə məsələsi həllini tapandan sonra layihənin 1-2 ay ərzində icrasına başlanılacaq”. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Rəsmi Bakıdan İŞİD-dən qaçıb Qarabağda məskunkunlaşdılmış ermənilərlə bağlı reaksiya
Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. BAKU.W...