Rəsmi Bakıdan İŞİD-dən qaçıb Qarabağda məskunkunlaşdılmış ermənilərlə bağlı reaksiya

Rəsmi Bakıdan İŞİD-dən qaçıb Qarabağda məskunkunlaşdılmış ermənilərlə bağlı reaksiya
Siyasət 1292

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BAKU.WS-in XİN-ə istinadla verdiyi məlumata görə, görüşdə xarici işlər naziri Elmar Məmmədyarov yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Ermənistanın mono-etnik tərkibli dövlət kimi mövcudluğu və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barəsində məlumat verib.

Nazir münaqişənin həlli üzrə danışıqlar prosesində azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtması məsələlərinin müzakirə mövzusu olduğunu qeyd edərək, onların mütləq şəkildə öz ata-baba yurdlarına qayıdacaqlarını vurğulayıb. Bu xüsusda, Dünya Bankı və digər qurumlarla məsləhətləşmələrin aparıldığını qeyd edib.

Elmar Məmmədyarov Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunaraq, bu məsələyə Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq qurumların ciddi diqqət yetirməsinin vacibliyini bildirib. O əlavə edib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüquqa əsasən qadağandır.

Elmar Məmmədyarov müstəqilliyinin ilk illərində əlverişli coğrafi mövqeyinə görə Azərbaycanın qeyri-leqal miqrasiya üçün daha çox tranzit məntəqəsi kimi maraq kəsb etdiyi halda, əldə etdiyi iqtisadi və sosial inkişaf nəticəsində Azərbaycanın indi potensial qeyri-leqal miqrasiya üçün cəlbedici ölkə olduğunu qeyd edib. Nazir əvvəlcədən həyata keçirilən planlı miqrasiya siyasəti və bu sahədə aparılmış institusional islahatlar nəticəsində Azərbaycanda miqrasiya məsələlərinin qanun çərçivəsində effektiv şəkildə tənzimləndiyini vurğulayıb.

Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatı ilə əlaqələrinin inkişafına əhəmiyyət verdiyini deyən nazir Elmar Məmmədyarov ölkəmizin uğurlu miqrasiya siyasəti, zəngin multikulturalizm və tolerantlıq ənənələri üzrə öz təcrübəsinin digər üzv dövlətlərlə bölüşməyə hazır olduğunu deyib.

Görüşdə son dövrlərdə Avropanı bürüyən miqrasiya problemləri, miqrantların dini mənsubiyyətə görə təsnif edilməsi, Aralıq dənizində miqrantların kütləvi ölümü halları və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Rəsmi Bakı ermənilərin toy çadırını atəşə tutmasına sərt reaksiya verdi

Rəsmi Bakı ermənilərin toy çadırını atəşə tutmasına sərt reaksiya verdi

"Ötən gün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindəki mövqelərindən Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndi ərazis...

1395 Siyasət 15:02 02 sentyabr 2015

Son xəbərlər