Aşiq Namiq iştirakçıya avtomobil hədiyyə etdi (VİDEO)

Aşiq Namiq iştirakçıya avtomobil hədiyyə etdi (VİDEO)
Video
Şou-biznes 1768

 

Azərbaycan tele-məkanında bir ilkə imza atılıb.

BAKU.WS məlumat verir ki, "Dünya TV " efirinin son 12 həftədə ən reytinqli və sazı sevən hər kəsin sevimli verilişinə çevrilən "Köklə sazı 1” layihəsi sona çatıb. Layihənin rəhbəri Aşıq Namiq Fərhadoğlu 3 ay müddətində yarışmanı izləyən tamaşaçılara təşəkkür edib. 

"Köklə sazı 1” tele layihəsinin qalibi 58% səslə finalçı İlkin Məmmədov olub. Digər finalist Elnur Mehmanoğluna layihə rəhbəri "Qızıl təzyənə” hədiyyə edib. Üçüncü yerin sahibi Mehdi Göyçəliyə isə Fəxri diplom təqdim olunub. 

Yarışmada qalib gələn iştirakçıya layihənin rəhbəri avtomobil hədiyyə edib. Aşıq N. Fərhadoğlu aşıq sənətinin inkişafı, gənc tələbələrində və gənclərdə aşıq sənətinə marağı artırmaq üçün öz büdcəsi hesabına, sponsorsuz yarışmanın qalibinə avtomobil hədiyyə edib. 

Qeyd edək ki, "Köklə sazı 2” layihəsinin seçim turlarına 10 gün sonra başlanılacaq.

BAKU.WS

Son xəbərlər