Şəxsi istehlak üçün ölkəyə mobil telefon gətirənlər dövlət rüsumu ödəyəcək – YENİ SƏRƏNCAM
27
iyn
2018
14:34
Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyin edilməsi barədə sərəncam imzalayıb.BAKU.WSxəbər verir ki, dəyişikliyə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq.Bundan başqa, dəyişikliyə görə hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.Qeyd edək ki, prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun tarixli qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.Fərmanda Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.Fərmana əsasən Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq 2018-ci il üçün dövlət rüsumunun məbləğlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməli, 2019-cu il və növbəti hər il üçün dövlət rüsumunun məbləğlərinin, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi üçün həmin məbləğlərin təsdiq edilməsi haqqında müvafiq normativ hüquqi aktın layihəsini cari ilin sentyabr ayının 25-dək “Büdcə sistemi haqqında” qanunun 11.16-cı maddəsində nəzərə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Dövlət rüsumu haqqında” qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.Fərmanda Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edildi
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.Dətişikliyə əsasən, Azərbaycanda baytarlıq şəhadətnaməsin...