Mobil telefonlar bahalaşa bilər
19
iyn
2018
19:31
Milli Məclisdə Dövlət rüsumu haqqında qanuna edilən dəyişikliklə ölkəyə gətirilən mobil cihazlara görə rüsum alınacaq.Bu dəyişiklik “bəlkə vətəndaş xaricdən mobil cihazı özü üçün və ya hədiyyə üçün gətirir, satmaq məqsədi yoxdur, niyə rüsum ödəməlidir?” kimi suallara yol açıb.BAKU.WS bildirir ki, məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.Ruslan Atakişiyev (iqtisadçı): “Eyni məhsula eyni adda telefonlar daxil olursa, onların qiymətləri ucuz bazara yol tapırsa, həmin şirkət mobil bazarda rəqabətə tab gətirə bilmir”.Belə çıxır ki, bir telefon bazarda tutaq ki, 250 manatadırsa, sən eyni markadan olan telefonu ondan ucuz qiymətə sata bilməzsən. Bu, büdcə üçün yaxşıdır, amma istehlakçı isə ucuz mal istəyir axı, bəlkə başqa cür nəzarət olsun.Osman Gündüz (Milli İnternet Forumunun prezidenti): “Kommersiya məqsədilə gətirilənlərin aşkara çıxarılması mexanizminin qurulması daha doğru olar. On minlərlə gətirən insanlar var ki, şəxsi məqsəd üçün gətirir”.Özü üçün mobil telefon gətirənlər və ya satmaq üçün gətirənlər məsələsinin müzakirəsi Milli Məclisdə olub. Dövlət Gömrük Komitəsinin 2017-ci il hesabatına görə, ötən il ölkəyə 800 min ədədə yaxın mobil cihaz rəsmi qaydada idxal edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə isə 2.8 milyon mobil cihaz qeydiyyata alınıb. Deməli, fərq var, 3.6 dəfə çox fərq. Bu sahədə tənzimlənməni isə rüsum tətbiq etməklə həll etmək istəyirlər.Əksəriyyət xarici ölkələrdə bütün mobil cihazlar uçotda olur. Satış üçün gətirəndə də, şəxsən özün üçün və ya hədiyyə üçün gətirəndə də, fərqi yoxdur, bütün cihazlar uçota alınır. Satmaq və ya özü üçün gətirmək məsələsinə isə gömrük və digər qurumlar nəzarət edir, yəni rüsum tətbiq etmək üsulu yoxdur.BAKU.WS
Oxşar xəbərlər
YENİ QANUN: Xaricdən telefon alan vətəndaşlar 18% vergi ödəyəcək
Ölkəyə mobil telefon gətirənlərə 18 faizi ƏDV şamil olunacaq. BAKU.WS xəbər verir ki, xaricdən mobil telefon gətirənlərə, həmçinin xarici Virtual Post Terminall...