Pasport və şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar (SİYAHI)
                        
                        
                             
                            
                            
                                15
                                dek
                            
                                2017
                                09:49
                            
                            
    
                         
                        
                     
                    
                        Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, qanuna 14.1-1-ci maddə əlavə edilib:
BAKU.WS| 14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: |  | 
| 14.1-1.1. on iş günü müddətində verildikdə |  | 
| 14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün | 20 manat | 
| 14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 30 manat | 
| 14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 40 manat | 
| 14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 50 manat | 
| 14.1-1.2. beş iş günü müddətində verildikdə |  | 
| 14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün | 30 manat | 
| 14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 50 manat | 
| 14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 70 manat | 
| 14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 90 manat | 
| 14.1-1.3. bir iş günü müddətində verildikdə |  | 
| 14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün | 50 manat | 
| 14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 90 manat | 
| 14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 130 manat | 
| 14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 170 manat | 
1.3. Aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilsin:
| 14.3-1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: |  | 
| 14.3-1.1. on iş günü müddətində verildikdə | 15 manat | 
| 14.3-1.2. üç iş günü müddətində verildikdə | 35 manat | 
| 14.3-1.3. bir iş günü müddətində verildikdə | 45 manat | 
Bundan başqa, qanuna aşağıdakı məzmunda 33-3 və 33-4-cü maddələr əlavə edilib:“Maddə 33-3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri
| Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği | 
| 33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə: |  | 
| 33-3.1.1. üç iş günü müddətində verildikdə | 20 manat | 
| 33-3.1.2. beş iş günü müddətində verildikdə | 10 manat | 
| 33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə |  | 
| 33-3.2.1. üç iş günü müddətində verildikdə | 10 manat | 
| 33-3.2.2. beş iş günü müddətində verildikdə | 5 manat | 
Sənədə əsasən, qüvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.’’.Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
BAKU.WS