Xarici pasportun itməsinə görə ödəniləcək cərimələrin miqdarı AÇIQLANDI
30
noy
2017
21:24
Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumunun məbləği müəyyənləşib.BAKU.WS-in məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna 14.1-1 (Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə) yeni maddə əlavə edilib.Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə14.1-1.1. on iş günü müddətində verildikdə14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün – 20 manat;14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün – 30 manat;14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 40 manat;14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara – 50 manat;14.1-1.2. beş iş günü müddətində verildikdə14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün – 30 manat;14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün – 50 manat;14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 70 manat14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara – 90 manat;14.1-1.3. bir iş günü müddətində verildikdə14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün – 50 manat;14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün – 90 manat;14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün -130 manat;14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara – 170 manat rüsum ödəməlidir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda şəxsiyyət vəsiqəsi və pasportlarla bağlı rüsumlar artırılır
Azərbaycanda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə rüsumlar dəy...