Xərçəngdən əziyyət çəkən "Toppuş bacı": Dualarınıza ehtiyacım var - FOTO
21
avq
2018
11:12
Yenidən xəstəxanaya yerləşdirilən əməkdar artist Tünzalə Əliyeva sevənlərinə müraciət edib.BAKU.WS xəbər verir ki, yaratdığı “Toppuş bacı” obrazı ilə qəbul edilib sevilən aktrisa xəstəxana fotosunu paylaşaraq hər kəsdən onun üçün dua etmələrini istəyib:“Verdiyin və vermədiyin hər şeyə görə sənə həmd olsun, Rəbbim. Dualarınıza ehtiyacım var”.Aktrisanın bu paylaşımına qısa müddətdə yüzlərlə şərh gəlib. İzləyicilər sevimli aktrisanın tezliklə şəfa tapması üçün dualar ediblər və xoş sözlər yazıblar.Xatırladaq ki, bir müddət əvvəl səhhətində problem yaranan və xərçəng xəstəliyi diaqnozu qoyulan Tünzalə Əliyeva cərrahi müdaxilə ilə bədxassəli şişdən qurtulmuşdu. Əməliyyatdan sonra yenidən analiz verən aktrisanın ayağındakı limfa vəzilərinin birində bədxassəli şiş aşkarlanıb.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
“Toppuş bacı” ilə bağlı pis xəbər - yenidən xəstəxanaya yerləşdirildi
Bir müddət əvvəl səhhətində problem yaranan və xərçəng xəstəliyi diaqnozu qoyulan əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib. Cərrahi müda...