Toppuş bacı danışdı: Yalandan xəbər yayanlara ki,.. - VİDEO
01
avq
2018
21:08
Xərçəng xəstəliyi aşkarlanan və dünən axşam saatlarında əməliyyat olunan əməkdar artist Tünzalə Əliyevanın vəziyyəti yaxşıdır. BAKU.WS xəbər verir ki, aktrisa artıq reanimasiyadan palataya köçürülüb. Milli Onkoloji Mərkəzdə əməliyyat olan aktrisa düçar olduğu ginekoloji xəstəlikdən qurtulduğunu bildirib: "Uşaqlıq boynunda bədxassəli şiş var idi. Əməliyyat 5 saat davam etdi və şiş götürüldü. Peşəkar həkimlərimizin sayəsində mən bu dərddən qurtuldum. İnşəallah, sağ-salamat öz sənətimə dönəcəm, yenə də səhnəmizdə olacam". Toppuş bacı kimi tanıdığımız 45 yaşlı əməkdar artist xəstəliyi ilə bağlı yanlış şaiyələr yayanlara da sözünü deyib: "Yalandan xəbər yayanlara ki, mən xərçəng deyiləm, ümumiyyətlə xəstə deyiləm, üzümü onlara tutub deyirəm, başqasının xəstəliyi üzərində şou yaratmayın. Mən xəstə idim, dünən əməliyyat oldum, bu gün sağ-salamatam".Zülfiyyə QurbanovaBAKU.WS\
Oxşar xəbərlər
Xərçəng xəstəliyinə tutulan Tünzalə son vəziyyətindən danışdı (VİDEO)
Xərçəng xəstəliyinə tutulan əməkdar artist Tünzalə Əliyeva son vəziyyəti ilə bağlı danışıb. BAKU.WS-in məlumatına görə, tanınmış aktrisa CVN TV-yə danışıb və əm...