“Toppuş bacı” ilə bağlı pis xəbər - yenidən xəstəxanaya yerləşdirildi

“Toppuş bacı” ilə bağlı pis xəbər - yenidən xəstəxanaya yerləşdirildi
Şou-biznes 4261
Bir müddət əvvəl səhhətində problem yaranan və xərçəng xəstəliyi diaqnozu qoyulan əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib. Cərrahi müdaxilə ilə uşaqlıq yolundakı bədxassəli şişdən qurtulan aktrisada yenidən bədxassəli şiş aşkarlanıb. T.Əliyeva BAKU.WS-ə açıqlamasında, artıq şüa və kimya terapiya müalicəsinə başladığını biildirdi:"Müalicəyə başlamışam. Mümkün olsa, xəstəxanada qalmayacam. Həkimlər icazə versə, hər şüa və kimyaterapiya prosedurundan sonra evə, uşağımın yanına getmək istəyirəm.Yaratdığı "Toppuş bacı" obrazı ilə sevilərək qəbul edilən aktrisa xəstə halı ilə belə sevənlərini düşündüyünü deyir: "Bilirəm ki, mənə görə narahat olanlar az deyil. Ona görə də, bütün zənglərə özüm cavab verirəm".Qeyd edək ki, aktrisanın yenidən xəstəxanaya yerləşdirilməsi barədə xəbəri Axsam.az saytı yayıb. Əməliyyatdan sonra yenidən analiz verən aktrisanın ayağındakı limfa vəzilərinin birində bədxassəli şiş aşkarlanıb.Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər