Azərbaycanda qorxunc vəziyyət - uşaqlarda xərçəng xəstəliyi tapılır

Azərbaycanda qorxunc vəziyyət - uşaqlarda xərçəng xəstəliyi tapılır
Sosial 5181

 

Azərbaycanda 13 yaşadək uşaqlar arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozunun qoyulması halları artıb.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə 10 183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub.

Ötən il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaq olub.

2011-ci ildə Azərbaycanda 0-13 yaşlı uşaqların 71-nə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulmuşdusa, 2014-cü ildə onların sayı 81, 2015-ci ildə 113 olub. Ötən il bu diaqnozun qoyulduğu uşaqların 66-sı oğlan, 47-si qız olub.

Ötən il 14-17 yaşlı uşaqların 24-nə (11 oğlan, 13 qız) ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.

Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları artıb.

2014-cü ildə əhalinin hər 100 000 nəfərinin 101,4 nəfərinə, 2015-ci ildə isə 106,9 nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda onkoloji xəstələrin sayı açıqlandı

Azərbaycanda onkoloji xəstələrin sayı açıqlandı

Azərbaycanda hər 100 min nəfərin 400-dən çoxu bədxassəli şişlərdən əziyyət çəkir. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ötən...

40 Digər 15:33 02 sentyabr 2016

Son xəbərlər