Xalq artisti: "İkinci dəfə ailə qurdum, alınmadı, dağıldı"

Xalq artisti: İkinci dəfə ailə qurdum, alınmadı, dağıldı
Video
Şou-biznes 44170

Xalq artisti Naibə Allahverdiyeva açıqlamaları ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, MTV-də yayımlanan "Etiraf" verilişinə qonaq olan aktrisa də nakam məhəbəttindən danışıb:

"Qadın kimi xoşbəxt deyiləm. Bir gənc qız hər zaman ağ atlı şahzadəsini arzulayır. Mən o şahzadəmi tapmadım. Şahzadə deyəndə bəlkə də insanlar zənginlik və sairə kimi başa düşərlər. Xeyr! Düşünürəm ki, bu həyatda mən "ruh əkizimi" tapa bilmədim".

Xalq artisti onu da vurğulayıb ki, ikinci dəfə ailə qurub lakin alınmayıb:

"İkinci dəfə ailə qurdum, alınmadı, dağıldı. Tənhalıq çox pis şeydir. Təklikdə tənhalığın arasında böyük bir fərq var. Tənhalıq bir insanın daxili aləmidir. Tənha olmaq həm kişi, həm də qadın üçün çox çətindir. Tənhalıq quyunun dibidir. Düşürsən ora və çabalayırsan. Deyəcəyin söz yox, dərdini danışacağın bir insan yox. Amma yenidən ailə qurmaq və buna addım atmaq kimi düşüncələrim yoxdur".

Ətraflı videoda:

Oxşar xəbərlər

Məhkəmə İbrahim Tatlıses barədə qərar verdi

Məhkəmə İbrahim Tatlıses barədə qərar verdi

Türkiyəli müğənni İbrahim Tatlısəslə oğlu Əhməd Tatlısəs arasında yaşanan gərginlik məhkəməyə qədər çatıb. Əhməd Tatlısəsin atasına qarşı psixi sağlamlıq və qəy...

338 Şou-biznes 23:55 04 noyabr 2025

Son xəbərlər