Ülviyyə canlı efirdə Aysun İsmayılovanın şəkilini cırdı: "Məni maşınla vuracaqlar?"
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Ülviyyə Namazova qalmaqallı addımı ilə hər kəsi təəccübləndirib.
BAKU.WS xəbər verir ki, "Rəngarəng" verilişinə qonaq olan ifaçıya stend təqdim olunub və orada bəzi müğənnilərin fotoları yerləşdirilib.
Ülviyyədən sevmədiyi və hazırda əlaqəsi olmadığı həmkarının stenddən fotosunun çıxarılması istənilib.
Bu zaman ifaçı, müğənni Aysun İsmayılovanın şəkilini əsəbi halda stenddən qopararaq cırıb.
Onun bu hərəkəti aparıcı Zaur Nəbioğlunu şoka salıb. O Ülviyyədən bu hərəkəti edərkən qorxub-qorxmadığını soruşub. Ülviyyə isə cavabında "Neynəyəcəklər? Məni maşınla vuracaqlar?" - deyərək bildirib.
Ətraflı videoda:
Oxşar xəbərlər
17 yaşında ailəsinə qarşı aclıq aksiyası keçirib: "38 kiloqrama düşdüm"
Məşhur aktrisa Demet Evqar gənclik illəri ilə bağlı etiraf edib. BAKU.WS xəbər verir ki, aktrisa qatıldığı televiziya proqramında konservatoriyaya girə bilmək...