Ulduzlar bu günə nə vəd edir? - 09-05.2018
09
may
2018
00:04
BAKU.WS günün - 09.05.2018 tarixinin ulduz falını təqdim edir:QOÇ - İkili gündür. Yeni planlar xeyir gətirməyəcək. Ən yaxşıısı hazırda məşğul olduğunuz işlərə vaxt ayırın. Xəyanətlə üzləşə bilərsiz, etibarınızı qazanan insan sizə tələ hazırlayır.BUĞA - Gərgin gündür. Daxili azadlığınızın və tarazlığınızın müdafiəsinə qalxmalı olacaqsız. Taleh növbəti xoş olmayan sürprizini hazırlayır. Peşəkar sahədə problemlər və planlarınızın dəyişəcəyi ehtimal edilir. ƏKİZLƏR - Gün asan olmayacaq. Prinsiplərinizi müdafiə etməli olacaqsız. Şəxsi həyatda ciddi ağırlaşma gözlənilir. Bədxahların qeybət və böhtanları sevgilinizlə aranızı vuracaq.XƏRÇƏNG - Başınızı qaşımağa vaxt tapmayacaqsız. Cari işlərlə yanaşı əlavə öhdəliklə də götürmək məcburiyyəti yaranacaq. Günün sonunda dincəlmək fürsəti yaransa, bundan istifadə edin. Enerjiniz tükənir.ŞİR - Bu gün yeni işlərə başlamayın. Qarşınıza qlobal məqsədlər qoyub gücünüzü və vaxtınızı boşa sərf etməyin. Bu gün yeni layihələrin heç biri alınmayacaq. İşgüzar danışıqları günün birinci yarısına salın. Günortadan sonra şansınız azalacaq.QIZ - Ağır gündür. Yaxşı tanımadığınız insanlarla münaqişədən çəkinin. Şəxsi və işgüzar əlaqələrdə yumşaq diplomatiyadan istifadə etməniz işlərinizi asanlaşdıracaq.Enerjinizi qoruyun, yaxın günlərdə işləriniz çoxalacaq.TƏRƏZİ - Təzadlı gündür. Günün birinci yarısı xoş olmayan hadisələr və sürprizlər vəd edir. Günün ikinci yarısında yaranmış problemlərin həllində sizə kömək edəcək güvəndiyiniz insanlarla görüş gözlənilir. ƏQRƏB - Bu gün uzun müddətli planlar qurmayın. Diqqətinizi cari işlərə yönəldin. Gələn həftə özünüzdə yeni perspektivlər açılacaq və bu sizə ideyalarınızı həyata keçirməyə imkan yaradacaq. Gümrahlığınızı və optimistliyinizi qoruyub saxlayın. OXATAN - Sevincli anlarla zəngin gün yaşayacaqsız. Ola bilsin istedad və bacarığınızı nümayiş etdirmək şansı yaranacaq. Şəxsi və işgüzar məsələlərdə təmkinli olun. Çevrənizdəki insanları incitməyin.OĞLAQ - Gərgin, ikili gündür. Real vəziyyəti kökündən dəyişəcək gözlənilməz xəbərlər alacağınız ehtimal edilir. İncə diplomatiya şəxsi və işgüzar məsələlərdə köməyiniz olacaq. Gün bütün hallarda uğurludur.DOLÇA - Enerjili gündür. Diqqətli və ehtiyatlı olmaq tələb olunur. Qarşılıqlı anlaşma fonunda problemlərlə üzləşəcəksiz. Şəxsi məsələlərdə qərar zamanı deyil. Səbr edin.BALIQLAR - Qara qüvvələrin aktivləşdiyi gündür. Hazır olun, həyatınızda dönüş gözlənilir. Ruhdan düşməyin. Bunu da nəzərə alın ki, bəxtinizin gətirməsi və arzularınızın reallaşması həmişə xoşbəxtliyə aparmır. Bir sözlə, hər şey xeyirə əlamətdir.BAKU.WS
Oxşar xəbərlər
Bu günün ulduz falı - QOROSKOP (08.05.2018)
BAKU.WS bu günün - 08.05.2018 tarixinin ulduz falını təqdim edir:QOÇ - Uğurlu gündür. Maliyyə sahəsində gəlir gözlənilir. Bu gün istedadınızı nümayiş etdirmək ş...