Bu günün ulduz falı - QOROSKOP (08.05.2018)
08
may
2018
00:01
BAKU.WS bu günün - 08.05.2018 tarixinin ulduz falını təqdim edir:QOÇ - Uğurlu gündür. Maliyyə sahəsində gəlir gözlənilir. Bu gün istedadınızı nümayiş etdirmək şansı yaranacaq. Doğmalarınız sizi dəstəkləyəcək.BUĞA - İş həyatında uğur gözlənilir. Peşəkar həyatınıza işıq salacaq gündür. Lakin səbrli olun, bu günün uğurlu nəticəsini tezliklə görməyə bilərsiz. Dostların, yaxınların köməyindən imtina etməyin.ƏKİZLƏR - İşgüzar sahədə uğur qazanacaqsız. Aktiv olun. Sizdən hərəkətlərinizdə qətiyyətli olmaq tələb edilir. Xırda detalları önəmsəməyin, əsas işdən yapışın.XƏRÇƏNG - Talehinizdə dönüş ola bilər. Buna hazır olun və gücünüzü qoruyun. Özünüzü bir balaca silkələsəniz pis olmaz. Bu gün bir təkan olacaq. Amma emosiyalarınıza diqqət edin. Heç kimin qəlbini qırmayın.ŞİR - Maddi vəziyyətiniz yaxşılaşacaq. Bununla yanaşı xərcləriniz də artacaq. Həddindən artıq əliaçıqlığınız bütün qazancı xərcləmənizə səbəb olacaq. Dərd etməyin, sabah pulsuz qalmayacaqsız.QIZ - Bu gün istedad və bacarığınızı nümayiş etdirmək imkanı yaranacaq. Karyeranızda yüksəliş gözlənilir. Qərar verərkən ehtiyatlı olun. Düşünmədən addım atmayın. Planlarınız gerçəkləşəcək.TƏRƏZİ - Yaxşı gündür. Bütün sahələrdə şans sizinlə olacaq. Yarana biləcək mübahisə və münaqişələrdən uzaq olmaq istəyirsinizsə, şirin dilinizi işə salın. Ətrafdakılarla mehriban münasibət bu gün çox vacibdir.ƏQRƏB - Uzun zamandır planlaşdırdığınız səfərlə bağlı xərcləriniz olacaq. İşgüzar səfərdə gələcəkdə xeyir gətirəcək yeni tanışlıqlar olacaq. Səhhətinizə fikir vrin. Vaxt tapan kimi dincəlin.OXATAN - İşgüzar danışıqlar üçün münasib zamandır. Lakin emosiyalarınıza hakim olmasanız ciddi münaqişə qorxusu var. Başqa sözlə desək, təmkinli olsanız gün sizi sevindirəcək. OĞLAQ - Bu gün gücünüzdən ağılla istifadə edin. Belə etsəniz başladığınız işi başa çatdıra biləcəksiz. Yeni layihələr, yeni qazanc mənbəyi axtarışı üçün uğurlu gündür. Şəxsi həyatınızda buraxdığınız səhvləri də düzəldə bilərsiz.DOLÇA - Gözlənilməz vəziyyət yaranacaq və bu, sizi çətinliyə salacaq. Ruhdan düşməyin, hər şey yaxşı olacaq. Neqativlər şəxsi həyatınıza təsir etməyəcək.BALIQLAR - Bu gün həyatınızda yeni mərhələ aça bilər. Ola bilsin xoş xəbərlər alacaqsız. Bu böyük sürprizlərlə davam edəcək. Qohumlarla mübahisədən qaçın. Belə bir xoş günü neqativlə yükləməyin.BAKU.WS
Oxşar xəbərlər
Şənbə gününün ulduz falı - 05.05.2018
BAKU.WS günün ulduz falını təqdim edir:QOÇ - Bu gün öz maraqlarınızı və ya avtoritetinizi qorumaq məcburiyyətində qalacaqsız. Hadisələrin axarını öz xeyrinizə d...