Türkiyəli məşhurların 90 faizi antidepressant dərmanlar qəbul edir
Türkiyəli məşhurların 90 faizi antidepressant dərmanlar qəbul edir.
BAKU.WS xəbər verir ki, bu barədə Tütkiyədə yayımlanan "Bir başka gündem" verilişində bildirilib.
Aparıcılar Pınar Eliçe və Başak Çokan qeyd ediblər ki, məşhurlara qarşı aparılan narkotik maddə əməliyyatlarında bir çoxunun test nətqicələri mənfi çıxsa da onlarda xeyli miqarda antidepressant dərmanlar (adətən depressiyanın müalicəsində istifadə olunan və aktiv tərkiblərinə görə fərqli kateqoriyalara ayrılan dərmandır) tapılıb.
Bu səbəbdən aparıcılar onların 90 faizinin antidepressant dərmanlar istifadə etdiklərini bildiriblər:
"Qadağan olunmuş maddə əməliyyatı keçiriləndə, həmin maddəni istifadə etməyənlər də oldu və nəticələri mənfi çıxdı. Amma işin maraqlı tərəfi odur ki, biz qadağan olunmuş maddə olmasa da, başqa bir şeyin fərqinə vardıq. Sənət aləminin təxminən doxsan faizi də antidepressant istifadə edir. Bəli, hamısı, yəni bu dərmanlardan istifadə edirlər.
Baxdığınız zaman onların içərisində olduqları vəziyyətdən çıxmaq o qədər də asan deyil. Gənclər baxanda düşünür ki, filmdə oynadı, məşhur oldu, maşını var, varlıdır. Lakin o həyatın kamera arxası həqiqətən çox ağırdır. Heç nə göründüyü kimi deyil. O nöqtəyə gələnə qədər onlar narsist, sərt, hətta deyərdim ki, elə bir vəhşi bir mühitdən keçirlər ki... O qədər çox insanın süzgəcindən keçmək məcburiyyətində qalırlar ki, bu heç də asan deyil!
Ətraflı videoda:
Oxşar xəbərlər
Daha bir serial eşqi gerçək oldu
Yeni yayımlanmğa başlayan "Sevdiyim Sensin" serialının baş rol ifaçıları eşq yaşamağa başlayıb. BAKU.WS xəbər verir ki, onlar aktyorlar Aytaç Şaşmaz və Helin...