Türkiyədə evlilik verilişləri bağlanmayacaq - Açıqlama verildi (VİDEO)
Türkiyədə Radio və Televiziya Üst Qurumu (RTÜK) qanununda edilən dəyişiklərdən sonra evlilik proqramlarının qadağan edildiyi iddiasına cavab verib.
BAKU.WS-in məlumatına görə, RTÜK evlilik proqramlarının qadağan edilmədiyini, ancaq bu və digər proqramlarda yaşanacaq yayım pozuntularına görə cəzaların sərtləşdirildiyini bildirib. Artıq hər hansı yayım pozuntusuna görə kanalın lisenziyasını ləğv etmək də mümkün olacaq.
TV və radiolar yayım prinsiplərini pozacağı təqdirdə çox ağır cəzalarla üzləşəcək. Cəzaların bu dərəcədə sərtləşdirilməsi kanalları çıxılmaz vəziyyətə salıb.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə evlilik verilişlərinin yayımına qadağa qoyuldu
Uzun müddətdir Türkiyənin evlilik verilişləri ilə bağlı müzakirələr aparılır. Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, proqramlarla bağlı son qərar v...