“Twitter”dən yenilik - Canlı yayım funksiyası əlavə olundu

“Twitter”dən yenilik - Canlı yayım funksiyası əlavə olundu
Şou-biznes 1090

"Twitter”-ə canlı yayım funksiyası əlavə olunub.

BAKU.WS technote-yə istinadən xəbər verir ki, birinci servis qısa ismarıcların yayımlanması üçündürsə, ikincisi mobil tətbiq vasitəsilə canlı yayım etmək üçündür. 

Əvvəllər bu iki servis bir-birindən ayrı idi və "Periscope”-dan olan canlı yayımları "Twitter” səhifəsindən izləmək olurdu. İndi isə artıq "Twitter” üzərindən canlı yayım etmək mümkün olacaq. "Periscope”-a daxil olmaq əvəzinə artıq siz, yeni "tweet” yazmaq bölməsinə yönlənərək foto/video hissəsindəki canlı yayım düyməsinə "klik”ləyərək videoyayım edə bilərsiniz. Baxmayaraq ki, artıq "Twitter”-də həm video izləmək, həm də canlı yayım etmək olar, şirkət hələki "Periscope”-u bağlamaq niyyətində deyil.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

İntagram-dan mükəmməl yenilik

İntagram-dan mükəmməl yenilik

Son günlər Facebook sosial şəbəkəsində böyük populyarlıq qazanan canlı yayım İstagram-da da olacaq. BAKU.WS xəbər verir ki, bu barədə İstagram-ın CEO-su Kevin...

1857 Şou-biznes 18:40 11 noyabr 2016

Son xəbərlər