Facebook-da çoxdan gözlənilən yenilik

Facebook-da çoxdan gözlənilən yenilik
Şou-biznes 1500

Facebook-da canlı yayım funksiyasından artıq yalnız smartfon istifadəçiləri istifadə etməyəcəklər.

BAKU.WS technote.az-a istinadən bildirir ki, sosial şəbəkə bu funksiyanı PC və noutbuklarüçün də gətirir. "Technote.az"ın "Adweek.com"a istinadən verdiyi xəbərə əsasən bəzi istifadəçilər üçün artıq Live Video düyməsi aktiv şəkildədir.

Qeyd edək ki, Live video funksiyası keçən ilin yay fəslində təqdim olunmuşdu. Funksiya yalnız məşhur adamlar üçün nəzərdə tutulmuşdu və yalnız onlar canlı yayım videolarını öz pərəstişkarları üçün paylaşa bilirdirlər. Daha sonradan isə bu funksiya hamı üçün aktiv oldu. Smartfonlarda canlı yayımı işə salmaq üçün statusu yeniləyib Live video düyməsinə klikləmək kifayətdir. Məlumata əsasən PC-ə bu funksiyanın əlavə olunmasında əsas səbəb jurnalist və bloggerlər tərəfindən olan böyük tələbatdır. Hal-hazırda canlı yayım funksiyası yalnız bəzi PC istifadəçiləri üçün aktivdir. Lakin yaxın aylarda bu funksiya hamıya təqdim olunacaq.

BAKU.WS

Oxşar xəbərlər

YENİLİK - İtən telefonları  “Google”da tapmaq mümkün olacaq

YENİLİK - İtən telefonları “Google”da tapmaq mümkün olacaq

"Google” şirkəti "Android”ləri üçün yeni funskiya əlavə edib. Bu funksiya vasitəsi ilə istifadəçi itmiş telefonunu tapa biləcək. Bu ilin aprelindən test mərhəl...

1797 Şou-biznes 12:21 31 avqust 2016

Son xəbərlər