Türkiyədə yayımlanan azərbaycanlıların da qatıldığı məşhur realiti şouları və evlilik verilişləri cəzalandırılıb
Türkiyədə yayımlanan azərbaycanlıların da qatıldığı məşhur realiti şouları və evlilik verilişləri cəzalandırılıb.
BAKU.WS-nin "Qafqazinfo” xəbər verir ki, RTÜK Esra Erolun, Zuhal Topalın, Seda Sayan, Uğur Aslanın və Seda Akgülün aparıcılıq etdiyi proqramlarl cərimələyib.
Verilişlərdə "Cəmiyyətin milli və mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunması prinsiplərinə zidd”, "İnsan şərəfinə və şəxsi həyatın gizliliyinə hörmətli olma prinsipinə zidd”, "Gender bərabərliyinə zidd” kimi prinsiplərin pozulduğu qeyd olunub.
Proqramlar və cərimələrin miqdarı:
ATV- "Esra Erol”: 567 min 467 TL
Kanal D- "Kısmetse Olur”: 397 min 57 TL
Show TV- "Evleneceksen Gel”: 382 min 285 TL
Star TV- "Zuhal Topal”la izdivac: 351 min 550 TL
Fox TV- "En iyi benim": 315 min 786 TL
TV 8- "Göz 6": 119 min 758 TL
Ümumi cərimə 2 milyon 133 min 903 liradır.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
İsmayıl YK evlilik verilişindəki Solmaza elçi düşdü (VİDEO)
Məşhur müğənni İsmayıl YK Seda Sayanın təqdim etdiyi evlilik verilişində Solmaz adlı xanıma elçi düşüb. BAKU.WS-in məlumatına görə, bundan öncə Esra Erolun tə...