Baha Nazın yalanını üzə çıxardı: "20 nəfər üstümə hücum çəkdi" (VİDEO)
Türkiyədə yayımlanan evlilik proqramında iştirak edən azərbaycanlı qız Naz Milanın keçmiş nişanlısı Baha Selenbaş döyülməsi ilə bağlı yeni faktlar açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, İnstaqram səhifəsində yaydığı videoda bildirib ki, 20-dən çox üstünə hücum çəkib. Bahanın sözlərinə görə, ona hətta silah çəkməyə çalışıblar.
Qeyd edək ki, bu hadisənin sosial şəbəkələrdə müzakirə olunmasından sonra Naz efirdə heç bir hadisə baş vermədiyini açıqlayıb. Hətta bu cür xəbər yazan jurnalistləri təhqir edən Naz Bahanın öz istəyi ilə verilişi tərk etdiyini bildirmişdi.
Qeyd edək ki, bir neçə gün öncə Star telekanalında yayımlanan "Zuhal Topalla izdivac" evlilik proqramında yeni sevgilisi Əli Əkbərlə birlikdə rəqs edən Nazı qısqanan Baha, efir bitdikdən sonra taksiyə əyləşmək istəyən qıza hücum edib. Təhlükəsizlik əməkdaşları məsələyə müdaxilə edincə dava daha da böyüyüb.
Bir müddət sonra digər bəy namizədlər də davaya müdaxilə edib. 30-40 nəfərlik insident polis bölməsində yekunlaşıb.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Evlilik proqramına qatılan azərbaycanlı qızın keçmiş nişanlısı VİDEO YAYDI
Türkiyədə yayımlanan evlilik proqramında iştirak edən azərbaycanlı Naz Milanın keçmiş nişanlısı Baha Selenbaş bir neçə gün öncə baş verən qalmaqala aydınlıq gət...