Timatinin keçmiş həyat yoldaşından Brilliantla bağlı paylaşım
Rusiyanın məşhur repçisi Timatinin keçmiş həyat yoldaşı, model Anastasiya Reşetova Xalq artisti Brilliant Dadaşova ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, Dadaşova Rusiyada Reşetovanın iştirak etdiyi məclislərin birində səhnə alıb.
Anastasiya estrada ulduzunun çıxışını 3,5 milyonluq instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Diqqət çəkən məqam isə B.Dadaşovanın Eldar Mansurovun bəstəsi "Bayatılar"ı ifa etməsi olub. A.Reşetova sözügedən paylaşımında Xalq artistinin adını işarələyib və oxuduğu bəstənin adını yazıb.
Sənətçi isə ona "Anastasiya, dünyaya verdiyin istilik və gözəlliyə olan sevginə görə təşəkkür edirəm", - deyə, bildirib.
Oxşar xəbərlər
Hande Erçelin narkotik testinin nəticəsi açıqlandı
Türkiyədə narkotik əməliyyatı çərçivəsində ifadə verən, qan və saç nümunələri götürülənlərdən biri də aktrisa Hande Erçel idi. Onun test nəticələri açıqlanıb. B...