"İşte Benim Stilim"dən Azərbaycana dəstək (FOTO, VİDEO)
Ötən gün TV 8 kanalında yayımlanan "İşte benim stilim" dəb yarışmasının final gecəsi baş tutub.
BAKU.WS məlumat verir ki, finala azərbaycanlı iştirakçı Ayşan Ocaqverdiyeva da qalıb. Həmyerlimiz səhnəyə "Qaya" qrupunun "Ey həyat, sən nə qəribəsən" mahnısı ilə çıxıb. Proqramda qonaq münsif olan müğənni Sinan Akçıl "Azərbaycan hazırda çətin günlərdən keçir, Türkiyə hər zaman sizinlədir" deyərək son günlər cəbhə bölgəsində baş verən hadisədə Azərbaycana dəstək olduqlarını ifadə edib. Verilişin münsifi stilist Hakan Akkaya da "Kədəriniz kədərimizdir..." deyərək dəstəyini bildirib.
Final gecəsinin qalibi Yeşim Aydın olub. Ayşan isə yarışmada beşinci yerdə qərarlaşıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı iştirakçı qalmaqala səbəb oldu (VİDEO)
Türkiyənin TV8 kanalında yayımlanan "İşte benim stilim" dəb yarışmasının azərbaycanlı iştirakçısı Ayşən Ocaqverdiyeva qalmaqala səbəb olub. BAKU.WS məlumat ve...