Səyahət üçün ən ucuz 9 ölkə - VİDEO

Səyahət üçün ən ucuz 9 ölkə - VİDEO
Video
Şou-biznes 1962
 

9. Rumıniya –  İki nəfərlik gündəlik büdcə: 80-90 dollar edir. Rumıniyada küçə yeməyinə rast gələ bilmərsən. Ucuz kafedə 5 dollara nahar edə bilərsən. Restoranda bir nəfər üçün naharın qiyməti 15 dollara başa gəlir.

Ümumilikdə, ölkədə qonaq evlərində iki nəfərlik nömrə və ya 2 ulduzlu mehmanxanada qalmaq 25-30 dollara başa gəlir. Buxarestdə mənzili gündəlik 30 dollara, Braşovedə isə 35-40 dollara kirayələmək olar.

8. Serbiya –  İki nəfərlik gündəlik büdcə: 70-80 dollar edir. Qarnirli kotlet və ya çörəkarası 2 dollardan baha deyil. Restoranda nahar 10 dollara başa gəlir. Belqradda sadə iki nəfərlik nömrə 35-40 dollaradır. Mərkəzdə mənzil tutmaq 25-35 dollara başa gələr.

7. Gürcüstan –  İki nəfərlik gündəlik büdcə: 75-85 dollara yaxındır. Xaçapuri və lobianini hər küçə başında 1,5 dollara satırlar. Kafedə nahar 5-6 dollar edir. Tbilisi və Batumidə sadə iki nəfərlik yer 40 dollara başa gələcək. Digər yerlərdə, ucuz qonaq evlərində nömrə 15-30 dollardır.

6. Tunis –  İki nəfərlik gündəlik büdcə: təxminən 60-70 dollardır. Şakşuka, kolbasa-mergez və ya lablabi şorbası kimi yeməklər 3 dollara, restoranda nahar 8-9 dollar olacaq. Tunisdə ucuz qonaq evləri elə də çox deyil, amma 20-26 dollara sadə nömrə tapmaq olar.

5. Misir – İki nəfərlik gündəlik büdcə: 50-60 dollar edir. Misirdə küçə yeməyi çox ucuzdur: falafel, kuşari, şaverma 1,5 dollaradır. Restoranda orta hesablı çek 4-7 dollaradır. Sadə hosteldə otaq 15, gözəl oteldə isə 25-30 dollaradır. 

4. Nepal –  İki nəfərlik gündəlik büdcə: dağlarda trekdə 40 dollara yaxın, ölkənin digər yerlərində 45-50 dollardır. Nepalda küçə kafesində doyunca yemək üçün 4-5 dollar bəs edir. Turistik kafelərdə iki nəfərlik nahar 15 dollardır. Hosteldə iki nəfərlik yer 5-8 dollardır. 15-20 dollara isə normal oteldə qalmaq mümkündür.

3. Hindistan – İki nəfərlik gündəlik büdcə: 40-45 dollardır. Hindistanda küçə yeməyi demək olar ki, havayıdır. Yerli yeməkxanada doyunca yemək 2,5 dollara olacaq, turistik restoranlarda orta hesab 3-6 dollar olacaq. Hər yerdə 5-8 laosdollara normal otağa sahib olacaqsız . Mumbayda və turistik yerlərdə mövsümün pik vaxtında xərclər 2-3 dəfə artır.

2. Laos – İki nəfər üçün gündəlik büdcə: 55-65 dollar. Küçə kafelərində nahar 1-5 dollar, turistik kafelərdə isə 5-10 dollardır. İki nəfərlik orta qiymətli nömrə 10-15 dollara başa gələcək (Vyetnamda bir qədər bahadır).

1. İndoneziya – İki nəfər üçün gündəlik büdcə: 40-50 dollar edir. Burada küçə yeməyi çox ucuzdur: qovrulmuş düyü və ya əriştə 1,5-2 dollardan baha başa gəlməyəcək, restoranda orta hesab 5-8 dollardır. Normal otellər Sumatrada 9-10 dollar, Yavada 10-15 dollar, Balidə 15-20 dollara başa gələr. 

 

BAKU.WS

Oxşar xəbərlər

Neftin qəfil ucuzlaşması gəlirlərimizi 700 min dollar azaltdı

Neftin qəfil ucuzlaşması gəlirlərimizi 700 min dollar azaltdı

Azərbaycan aprel ayının əvvəllərindən bu günə qədər sutkada 693 min barrel neft ixrac edib. Bu sözləri BAKU.WS-ə neft üzrə ekspert İlham Şaban deyib. Ekspert...

1504 İqtisadiyyat 14:24 05 may 2017

Son xəbərlər