1 dollara hansı ölkədə nə almaq olar? (SİYAHI)
30
yan
2016
12:29
Dünyada iqtisadi böhranın tüğyan etdiyi vaxtda insanların yaşayış səviyyəsi günü-gündən pisləşir. Əgər əvvəllər 1 ABŞ dollarına əməlli-başlı bazarlqı etmək mümkün idisə, indi bu mümkün deyil. Hətta elə dövlətlər var ki, orada 1 dollara heç nə almaq mümkün deyil.
Bəs 1 ABŞ dollarına hansı ölkədə nə düşür? BAKU.WS həmin siyahını təqdim edir: Qrenlandiyada 1 dolara 1 litr benzin almaq mümkündür.
Kanadada bu pula bir alma düşür. Haitidə 1 ABŞ dollarına 1 kiloqram düyü düşür. Avstraliyada isə bu məbləğə 60 saniyə telefonla danışmaq mümkündür.
İordaniyada isə 1 dollara çipsi və 1 stakan kola almaq mümkündür. Meksikada bu pula 40 ədəd banan almaq olar. Səudiyyə Ərəbistanında 1 dollara 1 kilometr taksi ilə getmək olar. Keniyada 1 dollar məbləğində pula 4 pomidor və 4 ədəd soğan düşür. İndoneziyada 1 dollara bir qab yemək verirlər.
1 dollara İsveçrədə ancaq bir dilim pendir almaq olar. Filippində bu pulla ayaqlarınızı masaj etdirə bilərsiniz.
Norveçdə 1 dollara demək olar ki, heç nə düşmür. Danimarkada bu pulla yerli pendirdən 50 qram almaq, yaxud 5 kiloqram çirkli paltar yudurtmaq olar. Hindistanda 1 dollara şəkər tozu almaq olar. Zimbabvedə isə 1 dollara 1 çörək verirlər. Cənubi Koreyada isə bu pulla ancaq küçədə yemək olar. Londonda da bu pulla heç nə almaq olmaz. Meksikada isə 1 kiloqram kələmi 1 dollara satırlar. Amerikada da bu pula bir butulka qazlı su almaq olar. Los-Anceles şəhərində isə 1 dollara avtobusda getmək olar. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Yeni ildə dollar "qara bazar"da 2 manatdan baha olacaq
"Manatın dollara nisbətən məzənnəsinin 50 faiz aşağı salınması ilə bağlı Mərkəzi Bankın son addımı ötən həftə sonu Bakıda və eləcə də rayonlarda uzun illərdən s...