Yaşamaq üçün ən ucuz şəhərlər - SİYAHI
Bu il Tunis yaşamaq üçün ən ucuz şəhərin siyahısında birinci olub.
BAKU.WS xəbər verir ki, bu reytinqi Almaniyanın yük taksisi xidmətlərini göstərən "Movinga” şirkəti hazırlayıb. Ekspertlər yeni getdiyiniz yerdə birinci aydakı yaşayışınız – mənzil kirayəsi, telefon xidməti, yemək və nəqliyyat xərclərini hesablayıblar. Beləliklə, Afrikadakı eyniadlı ölkənin paytaxtı olan Tunisdə bu xərclər 398 dollara başa gəlir.
İkinci yerdə Hindistanın cənubundakı Banqalor şəhəridir – ora getməyinizə təxminən 422 dollar xərciniz çıxacaq. Ardınca 532 dollardan bir az çox lazım olacaq ölkə Qahirədir.
Dördüncü sırada Buxarestdir. Burada birinci ayda yaşamaq 583 dollara başa gəlir. Sonrakı yerdə gələn Kolumbiyanın Medelinu şəhərinə gedişiniz üçün 603,6 dollar lazımdır.
İlk onluğa Bolqarıstanın paytaxtı Sofiya, Kolumbiyanın paytaxtı Boqota, Nigeriyanın paytaxtı Laqos, Riqa və Budapeşt də düşüb.
Siyahıda ümumilikdə 75 yaşayış məntəqəsi var. Sonuncu yerdə Anqolanın paytaxtı Luandadır. Burada birinci ayda yaşamaq üçün 3,3 min dollar xərcləmək lazımdır. (modern.az)
BAKU.WS
Oxşar xəbərlər
Dünyanın yaşamaq üçün ən əlverişli ölkələri - Azərbaycan neçənci yerdədir? (SİYAHI)
Böyük Britaniyanın Legatum İnstitute araşdırma mərkəzi 2016-cı ilin yaşamaq üçün dünyanın ən əlverişli ölkələrinin siyahısını açıqlayıb. BAKU.WS xəbər verir ki...