Dünyanın ən ucuz smartfonu buraxıldı - 4 DOLLAR
İyunun 30-da Hindistanın "Ringing Bells" şirkəti tərəfindən istehsal olunmuş dünyanın ən ucuz smartfonu - "Freedom251" satışa çıxarılacaq.
BAKU.WS lent.az-a istinadən bildirir ki, cihaz 251 rupi və ya 4 dollara satılacaq. Smartfon məhdud tirajla çıxacaq. Çox aşağı qiymətinə baxmayaraq, "Freedom 251"in xüsusiyyətləri büdcəli smartfonlara tam uyğun gəlir.
Smartfonun ekranı: 4
düym Prosessor: 4nüvəli, 1,3 GHz
Operativ yaddaş: 1 GB
Daxili yaddaş: 8 GB
İkili Simkart 3G dəstəkləmə
İki kamera: 8 Mp və 3,2 Mp
Akkumulyatorun həcmi: 1800 mAh
Əməliyyat sistemi: Android 5.1 Lollipop
Qeyd olunur ki, "Freedom 251" Hindistan hökümətinin dəstəyi ilə hazırlanıb. "Ringing Bells"in rəhbəri Moxita Qoelin sözlərinə görə, şirkət zərərə işləyir - cihazın maya dəyəri satış qiymətindən 2 dollar yüksəkdir. "Biz zərərə işləyirik, lakin mən çox xoşbəxtəm ki, "Rəqəmsal Hindistan" və "Hindistanda istehsal olunub" proqramlarının tərkib hissəsi olan kasıb və kənd Hindistanı internetlə əlaqələndirməklə bağlı a "Freedom 251"lə çatdım".
Oxşar xəbərlər
Apple yeni iPhone SE-ni təqdim etdi
"Apple" şirkəti öz müştərilərini daha bir neçə yeniliyi ilə sevindirib. BAKU.WS-in məlumatına görə, Bakı vaxtı ilə saat 21:00-da Kaliforniyada şirkətin yeni m...