Neftin qəfil ucuzlaşması gəlirlərimizi 700 min dollar azaltdı

Neftin qəfil ucuzlaşması gəlirlərimizi 700 min dollar azaltdı
İqtisadiyyat 1504

 

Azərbaycan aprel ayının əvvəllərindən bu günə qədər sutkada 693 min barrel neft ixrac edib.

 

Bu sözləri BAKU.WS-ə neft üzrə ekspert İlham Şaban deyib.

Ekspertin sözlərinə görə, faktiki olaraq əgər 1 dollar qiymətdə fərq edirsə, bu da o deməkdir ki, 690 min dollar gəlirimiz azalır və yaxud da arta bilər:

"Gündəlik ixrac 690 min barreldir. Bunu da tam itki kimi adlandırmaq olmaz. Çünki neftin qiyməti gündəlik dəyişir, yəni standart qiymət də qalmır. Məsələn, bu gün dünənə nisbətən neftin qiyməti 1 dollar azalıb. Dünən 50 dollara satmışdıqsa, bu gün isə 49 dollara.

Təbii ki, neftin qiymətinin 1 dollar ucuz satılması dünənə nisbətən gəlirimizin azalmaslının göstəricisidir. Qiymətinin gündəlik dəyişməsinə görə də, bunu itki kimi adlandırmaq olmaz. Bu, yalnız qiymətin korreksiyasıdır. Ümumilikdə, "Azərilayt" markalı neft 1 ay ərzində gündəlik hansı qiymətə satılarsa, o zaman həm itkini, həm də artımı müəyyənləşdirmək mümkündür”, - deyə ekspert vurğulayıb.

Gülnarə Eynullaqızı

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 50 dollara çatdı

Azərbaycan neftinin qiyməti 50 dollara çatdı

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiymə...

1210 İqtisadiyyat 11:17 17 avqust 2016

Son xəbərlər