Sezen Aksu xəstəxanaya yerləşdirilib – biopsiya olunub

Sezen Aksu xəstəxanaya yerləşdirilib – biopsiya olunub
Şou-biznes 915

Türkiyənin məşhur müğənnisi Sezen Aksunun ötən həftə İstanbulun Nişantaşı rayonunda yerləşən özəl xəstəxanada bir neçə gün müalicə aldığı və biopsiya olunduğu bildirilib.

BAKU.WS xəbər verir ki, sənətçinin təxminən üç gün xəstəxanada qaldığı və daha sonra evə buraxıldığı qeyd olunub.

Məlumata görə, Sezen Aksunun hazırda səhhəti yaxşıdır və o, evində istirahət edir.

Biopsiyanın hansı səbəbdən aparıldığı və nəticəsinin nə olduğu barədə isə hələlik rəsmi açıqlama verilməyib. Bu səbəbdən sənətçinin səhhəti ilə bağlı hər hansı konkret xəstəlik barədə məlumat təsdiqlənməyib.

Oxşar xəbərlər

Son xəbərlər