Seda Sayan sevgilisinə "Mənimlə evlən, qarşılığında sənə albom çıxartdırım” deyib? - VİDEO

Seda Sayan sevgilisinə Mənimlə evlən, qarşılığında sənə albom çıxartdırım” deyib? - VİDEO
Video
Şou-biznes 256

Türkiyə mətbuatında müğənni Səda Sayan haqqında şok iddia yayılıb.

BAKU.WS xəbər verir ki, sənətçinin evlilik təklifi aldığı 23 yaş kiçik sevgilisi Çağlar Öktenə əvvəlki münasibətini bitirib onunla evlənməsi üçün albom təklif etməsi xəbərləri medianın gündəmini zəbt edib.

İddialardan qəzəblənən Sayan qısa bir müddətdə buna aydınlıq gətirib. O, reytinqli verilişlərdən olan "2. Sayfa”ya zəng edərək yayılan xəbərlərin əsassız olduğunu deyib:

"Nəyinsə qarşılığında albom vəd etməyim həm mənə, həm də Çağların musiqiçi şəxsiyyətinə təqirdir. Siz Çağları tanımırsınız. O, çox qabiliyyətli musiqiçi və müəllimdir. 5 il əvvəl evliliyini rəsmi şəkildə bitirən və 11 yaşlı övladı olan bir bəylə evlənirəm".

Qeyd edək ki, Çağlar Öktenin bir neçə ay əvvəl Lara Şehiroğlu adlı xanımla 4 illik münasibəti olduğu, hətta cütlüyün evlilik planı qurduğu açıqlanıb.

Ətraflı videoda:

Son xəbərlər