Samir əsəbiləşdi: “Ətəyi qalxanı alqışlayırlar” (VİDEO)

Samir əsəbiləşdi: “Ətəyi qalxanı alqışlayırlar” (VİDEO)
Video
Şou-biznes 1268
"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Samir Cavadzadə maraqlı açıqlamalar verib.BAKU.WS-in məlumatına görə, tamaşaçının ona qarşı aqressiyasının səbəblərini anlamadığını deyən müğənni, təhqirlərin baş alıb getdiyi bir zamanda cavab verməkdən çəkinməyəcəyini açıqladı:“Tamaşaçı müğənnilərə qarşı aqressiv olub. Mən bu aqressiyanın daxilində çıxış etmək istəmirəm. Arada saytlara göz gəzdirirəm, görürəm ki, necə pis danışırlar. Niyə? Biz sizə nə etmişik? Məni efirdə görürsən, xoşun gəlmirsə, kanalı çevir. Heç kimin haqqı yoxdur ki, kimisə təhqir etsin. Mən özümə söz vermişəm ki, bundan sonra kim təhqir edəcək, beş qat cavabını alacaq”.Səssiz dayandıqca, daha çox söz-söhbətlərin ortaya çıxdığını deyən Samir, heç kimlə işi olmadığını, sakitliyini qorumağa çalışdığını vurğuladı:“Yazanları artıq blok edirik, cavab vermirik, görürük, yox, gündən-günə bu daha da pisləşir, daha da üstümüzə gəlirlər. Heç birinizin cüzi qədər haqqınız yoxdur. Mən sakitəm, həmişə sakit olmuşam. Həmişə demişəm ki, mənimki şirin dildir, çalış buynuzumu qaşıma!”Tamaşaçının zövqünün kifayət qədər dəyişdiyini diqqətə çatdıran sənətçi, notsuz mahnıların yalançı şan-şöhrətindən danışdı:“6-7 il ərzində zövqlər 360 dərəcə dəyişilib. Necə bayağı mahnılar, musiqilər ortaya çıxıb. Bunlar heç mahnı belə deyil. O gün mənə bir mahnı təqdim ediblər, deyirlər ki, bu mahnı partladır. Ad çəkməyəcəm. Mən həmin müğənninin bir dəqiqəlik studiya səsyazmasına qulaq asdım. Onun 35 saniyəsində falş eşitdim. Bu insan necə populyar ola bilər? Ona necə qulaq asırlar?”Gözəl insandır deyib, gözəl səsi olmayanların irəli getdiyini diqqətə çatdıran müğənni, tamaşaçının səsi-sənəti olanları elə də tanımadığını söylədi:“Mən hətta belə fikirlərlə rastlaşmışam ki, səsi yoxdur, ancaq gözəl insandır. Gözəl insan sənət demək deyil. İnsan gözəl xasiyyətli ola bilər. Amma tamaşaçılardan xahiş edirəm ki, əsl Azərbaycan musiqisinə qulaq asın. Bu gün peşəkar xanəndələrimiz var, elə gözəl oxuyurlar, həsəd aparıram. Çıxın şəhərə, cavanlardan soruşun, gürün, bizim bir nəfər belə olsun instrumental ifaçımızı tanıyırlarmı? Tanımayacaqlar. Niyə? Bizim əsl musiqiçilərimizi tanımırlar”.İndi çoxlarının yaxşı ilə pisi ayırd etməkdə çətinlik çəkdiyini eyham vuran müğənninin, belə görünür ki, ürəyi yaman doluymuş:“Gərək indiki müğənnilərlə o vaxt doğulardıq. O zaman bilinərdi ki, kimdir əsl oxuyan. Bizdə tamaşaçı görür ki, kiminsə biraz ətəyi qalxdı, başlayır artıq-əskik danışmağa. Başqa ölkədən gəlib ətəyi qalxanı isə alqışlayırlar”.Sonda eksklüziv olaraq Samir Cavadzadə müğənni Sima Nəsirova ilə oxuyacağı duet barəsində söz açıb:"Bu yaxınlarda Simayla olacaq orta duetimizi gözləyin! Mahnı artıq hazırlanır”.Sima Nəsirova: “Orda ki, Samirin əli var, Samirin səsi var, Samir varsa, vəssalam. Deməli, o iş çox maraqlı və fərqli olacaq”.Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.BAKU.WS

Son xəbərlər