Sahibsiz itlər problemi birdəfəlik həll edilir (VİDEO)

Sahibsiz itlər problemi birdəfəlik həll edilir (VİDEO)
Video
Şou-biznes 927
Vətəndaşların sahibsiz itlərlə bağlı şikayətləri yaxın vaxtlarda həll olunacaq.Bu, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən sahibsiz itlərlə bağlı işlərin təkmilləşdirilməsi layihəsi çərçivəsində mümkün olacaq. Layihədə təhlükə yaradan sahibsiz itlərin xüsusi avtomobillərlə sığınacağa aparılması və profilaktik tədbirlərdən sonra yenidən sərbəst buraxılması nəzərdə tutulur.Layihənin koordinatoru Sabiq Abdullayev deyib ki, Balaxanı sığınacağında sabahdan etibarən yenidənqurma işləri başlanılacaq və sahibsiz itlər probleminin həlli üçün dünyada mövcud olan ən müasir metodlardan istifadə ediləcək. Layihəyə görə, paytaxt bir neçə sahəyə bölünəcək və xüsusi avtomobillərlə təchiz olunmuş baytarlar məlumat alan kimi lazımi vasitələrlə dərhal itlər olan yerə gələcəklər.Layihə koordinatoru bildirib ki, küçə itlərinə qarşı qəddarlıq halları olmasın deyə Bakı şəhər İcra Hakimiyyətinin itləri ovlamaqla məşğul olan şöbəsinin fəaliyyəti 4 aydır ki, dayandırılıb.Xəstə və müalicədən sonra aqressivlik müşahidə olunan itlərlə bağlı daha ciddi tədbirlər görüləcək. Layihə çərçivəsində itmiş itlərin sahibinə qaytarılması da mümkün olacaq.Layihənin 3 il müddətində icra olunması nəzərdə tutulur. Pilot layihə hesab olunan bu addımın daha sonra Azərbaycanın iri şəhərlərində və bölgələrdə də tətbiq edilməsi nəzərdə tutulur.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS

Son xəbərlər