Bakının zibil dərdi - FOTO

Bakının zibil dərdi - FOTO
Sosial 1515
Bakıətrafı kənd və qəsəbələrin səhər-axşam sürü ilə gəzən sahibsiz itlər problemi ilə yanaşı, daha bir dərdi var: vaxtlı-vaxtında daşınmadığından qalaq-qalaq yığılan məişət tullantıları, üfunət qoxusu. Paytaxtın mərkəzi küçələri gündən-günə gözəlləşsə də, qəsəbə və kəndlərdə “zibil” problemi həllini tapmır.BAKU.WS xəbər cverir ki, Virtualaz.org saytına daxil olan şikayətlər və apardığımız müşahidələr də təsdiqləyir ki, tullantıların vaxtında daşınmaması ciddi problemə çevrilib.Suraxanı rayonu, Zığ qəsəbəsi sakini Zəminə Məmmədova bildirib ki, zibil qutuları binaların düz qarşısında qoyulub. “Zibil qutularının yeri tez-tez dəyişdirildi, çünki qəsəbədə boş yer qalmayıb, hətta binaların həyətində belə fərdi evlər tilkilib. Tullantıların ətrafına sahibsiz itlər, inəklər toplaşır. Nəinki uşaqlar, hətta böyüklər belə sahibsiz heyvanların qorxusundan zibili qaba tullaya bilmir”, - şikayətçi deyib.Minlərlə sakinin yaşadığı qəsəbədə yalnız 3-4 ərazidə zibil qutuları var. Köhnə zibil qutularının qapağı yoxdur, atılan tullantılar inəklər tərəfindən küçəboyu səpilir.“Səhərlər iyrənc mənzərənin şahidi oluruq - inəklər zibil qutularını ağzıüstə çevirir, zibil binaların həyətinə, bloklara, hətta maşın yoluna qədər yayılır”, - sakinlərdən biri şikayətlənib.Burada yaşayanlar deyir ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, tədbir görən yoxdur: “Zığ mənzil istismar sahəsinin qarşısında da zibil tullantıları daşır, inək, sahibsiz it, hətta eşşəklər belə bu zibillikdən qidalanır. Təəssüf ki, “JEK” də tədbir görmür. Heç olmasa, zibil qutularının ətrafına hasar çəksinlər, tullantılar vaxtında daşınmasa da, ətrafa yayılmasın. Təəssüf ki, şikayətimizə baxan yoxdur. Deyirlər ki, sahibsiz itlərlə bacarmırlar, bəs inəklərin sahibini tapmaq nə qədər çətindir? Elə bil hansısa fermer inəklərini bizim zibilliyin hesabına saxlayır”.Mərdəkan qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsində yaşayanlar da eyni problemdən şikayətçidirlər. Mərdəkan çimərliklərinə gedən yolun üstü keçmiş Balaxanı zibilxanasını xatırladır. “Bir neçə yerdə zibil qutusu qoyulub, amma qutular təlabatı ödəmir. Sakinlərin əksəriyyəti uzaq məsafəni qət edib zibili qutuya atmaq istəmir, çox zaman tullantılar boş sahəyə atılır. Üfunət iyindən evdə otura bilmirik”, - şikayətçi Şirin Zeynalov söyləyib.Ayrı-ayrı vaxtlarda saytımıza şikayət edən Binə, Bülbülə və Biləcəri sakinləri də tullantıların vaxtlı-vaxtında yığılmadığından və ya zibil qutularının çox səmərəsiz yerləşdirilməsindən şikayətçi olublar. Qalaq-qalaq yığılmış tullantılar xəstəlik mənbəyi olmaqla yanaşı sahibsiz heyvanların mənbəyinə çevrilir. Tullantıların daşınmasına məsuliyyətli olan rayon icra hakimiyyətləri, mənzil kommunal istehsalat birlikləri isə tənqidlərdən nəticə çıxarmır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər