Bakıda partlayış: yaralı var
Bakının Nəsimi rayonunda güclü partlayış baş verib.
BAKU.WS-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından sputnik-ə məlumat verilib.
Bildirilir ki, dəmir zibil qutusuna atılan partlayıcı qurğu partlayıb. Dünən saat 20:40 radələrində baş verən hadisə zamanı bir nəfər yaralanıb. Belə ki, "20 Yanvar" küçəsində mənzil-istismar sahəsinin əməkdaşları - 30 yaşlı Kürdəmir sakini Rauf Rəsulov və 34 yaşlı Siyəzən sakini İmamverdi Əhmədov "Man" markalı avtomobillə zibilləri daşımağa çalışıblar.
Lakin dəmir zibil qutularından birinin boşaldılması zamanı partlayış olub.
Məlumata görə, Rauf Rəsulov çoxsaylı xəsarət alıb və o. xəstəxanaya yerləşdirilib. İlkin versiyaya görə, zibil qutusuna partlayıcı qurğu naməlum şəxslər tərəfindən qoyulub və zibil daşıyanlar yaxınlaşan zaman partlayıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda törədilən dəhşətli partlayışın TƏFƏRRÜATLARI
Ötən gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarda yerləşən çayxanada törədilən partlayış əl qumbarasının işə salınması nəticəsində baş verib. B...