Rəşad Bəxtiyarovdan danışan Xalq artisti: "Gələcək planları var idi..."

"Bu dünyaya bir gün gələn bir gün də gedir. Amma Rəşad çox gənc idi. Biz ona görə çox kədərləndik".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib. 47 yaşlı aktyorun vəfatından danışan həmkarı onun qarşıda planları olduğunu açıqlayıb:
"Çox gənc yaşda vəfat etdi. Yaxşı mədəni tərbiyəli insan idi. Çox çalışqan çox aktiv idi. O həm teatrda həm də çəkiliş meydanında aktivlik göstərirdi. Gələcək planları var idi. Həm teatr sahəsində, həm də filmləri ilə bağlı çoxlu arzuları var idi. Gənc yaşında dünyadan köçməsi bizi sözün əsl mənasında sarsıtdı. Onun iki körpə balası qaldı. Allah ailəsinə və yaxınların səbr versin!".
Xatırladaq ki, Əməkdar artist Rəşad Bəxtiyarov 47 yaşında onkoloji xəstəlikdən vəfat edib. O teatrda və filmlərdə bir çox rollar ifa edib.
Oxşar xəbərlər
Rəqqasə Renkadan meşədə FƏRQLİ FOTOSESSİYA
Tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) növbəti dəfə fərqli yanaşması və sənətə verdiyi dəyəri ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi bu dəfə meşə...
