Qorbaçova cəllad deyən azərbaycanlı bəstəkarın həyatı haqqında bilinməyənlər - VİDEO

Qorbaçova cəllad deyən azərbaycanlı bəstəkarın həyatı haqqında bilinməyənlər - VİDEO
Video
Şou-biznes 926
ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum xalq artisti, dahi bəstəkar Arif Məlikovun həyatından danışılıb.Xalq artistinin ailə üzvləri, qohumları, sənət yoldaşları onunla bağlı xatirələrini bölüşüb:Aminə Məlikova – Nəvəsi: “Əslində babamın çətin həyatı olub. Daha gənc ikən anasını itirmişdi. Babam ilk tar çalmağı öyrənib, sonradan isə klassik musiqiyə yönəlib. Kasıb ailə olduqları üçün pianino almaq imkanı da olmayıb. Ona görə gənc vaxtlarından çalışırdı və ilk əsərlərini elə sinifdə oturaraq bəstələyib. Mənə hər zaman deyirdi ki, özümü daha çox sinfonik musiqiçi kimi hiss edirəm.İndiki kimi yadımdadır ki, babam kanalları çevirirdi və “Sehirli xalat” filmini görəndə dayandı. Mənə dedi ki, bilirsən, bu filmə mən musiqi yazmışam. Doğurdan da musiqi o filmi canlandırır. Babam üçün böyük faciələrdən biri öz övladını, mənim anamı itirmək oldu. O, öz ailəsini, övladını həyatından çox sevirdi. Babam güləndə hər zaman gözləri də gülürdü, amma son illərində gözlərindəki gülümsəmə yoxa çıxmışdı.Orkestr üçün yazdığı bəstə mənim anama həsr olunub, amma çox adam bunu bilmir. Əgər siz o bəstəni dinləsəz görəcəksiz ki, orada çox kədərli notlar var. 1990-ci illərdə baş verən hadisələrlə əlaqədər onun həyatı dəfələrlə təhlükədə olub. Babamı güllələməyə çalışmışdılar, amma güllə yanından ötüb keçmişdi. O qədər böyük təhlükə ilə yaşasa da o, yenə də susmurdu”.Gülnarə Məmmədova – Bəsətəkar: “O deyirdi ki, mən vətəndaşam. Bu insan Qarbaçovun üzünə demişdi ki, siz cəlladsız. Hamı bilirdi ki, Məlikov sözü üzə deməkdən qorxmur”.

Son xəbərlər