"Atam anamı sevib və qaçırdıb" - Həsənağa Turabovun qızından Flora Kərimovaya CAVAB
14
mar
2019
14:33
Mərhum xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova xalq artisti Flora Kərimovaya cavab verib.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, sənətkarın qızı bildirib ki, atasının Flora Kərimovanın Həsənağa Turabovun onu sevməsi barədə dedikləri həqiqəti əks etdirmir: "Atamın Flora Kərimovanı sevməsi ilə bağlı yaxın vaxtlara qədər nə mən, nə də ailəmiz eşitməyib. Atamla anam bir məktəbdə oxuyublar. Atam anamı sevib. İkincisi, Flora xanıma böyük hörmətim var, biz onun mahnıları ilə böyümüşük. Anam da ona hörmətlə yanaşır. İnanmaram ki, belə bir söhbət olub. Bütün qohumlar bilirdi ki, babam anamı atama vermək istəməyib, atam da anamı qaçırdıb. Anamla atam nişanlı olublar. Sonradan babam deyib ki, bakılıya qız vermirəm. Anam əslən Şuşadandır. Anamı qaçırandan sonra özlərinə "komsomol toyu" ediblər". Qeyd edək ki, Flora Kərimova ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində H.Turabovun onu sevdiyini, hətta evlənmək istədiyini bildirib.BAKU.WS
Oxşar xəbərlər
Flora Kərimova Həsənağa Turabovla sevgili olub - VİDEO
Xalq artisti Flora Kərimova mərhum aktyor Həsənağa Turabovla sevgi münasibətindən danışıb. BAKU.WS-in məlumatına görə, ARB TV-nin "Hüseynova bacıları" verilişin...