Qızının atası Təranə ilə bağlı şikayətini geri götürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Musiqiçi Abbas Səfərov hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı şikayətini geri götürüb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu haqda müğənni Rəqsanə İsmayılova məlumat yayıb. O bildirib ki, onun istəyi ilə Abbas bu addımı atıb.
"Təşəkkür edirəm ki, sözümü yerə salmadın. Təranə ilə danışmaya bilmərəm. Amma iki övlad ananın yanında olacaq. Bir qadını həbsdən çıxartmağımız mənim üçün böyük işdir" deyə, Rəqsanə deyib.
Qeyd edək ki, Təranənin qızı Suel "Təsir dairəsi" verilişinə gələrək aparıcı Lalə Azərtaşdan anasının həbsdən çıxarılmasına yardım etməsini istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub.
Oxşar xəbərlər
Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI
Məşhur müğənni Cennifer Lopezə indiyə qədər taxılan bahalı nişan üzüklərinin qiymətləri açıqlanıb. BAKU.WS xəbər verir ki, onun Ocani Noyla evliliyi zamanı tax...