Özcan Deniz həyat yoldaşına evlilik təklifini belə edib - İlk dəfə açıqladı
Müğənni Özcan Denizlə xoşbəxt evliliyi olan Samar Dadqar ondan aldığı evlilik təklifi barədə ilk dəfə danışıb.
BAKU.WS xəbər verir ki, Nursena Yılmazın yutub proqramına qonaq olan Samar bunun Özcanın bir konserti zamanı reallaşdığını bildirib:
"Özcanla bir toya getmişdik. Gəlin gülünü əlimə verdi və "Buyur, xeyirli-uğurlu olsun, Allah bir yastıqda qocaltsın" dedi. O qədər pərt oldum və əsəbləşdim ki… Sonra konsertdə bizim mahnımız olan Gökhan Kırdarın "Yerine Sevemem" mahnısını oxuyarkən əlində bir qutu ilə yanıma gəldi. Qutunu açdı, içində üzük vardı. Mənim əsəbləşməyimin səbəbi "Mənimlə evlənərsənmi?" deyə soruşmasını gözləməyim idi".
Daha sonra Samar sözlərinə belə davam edib:
"Uzun-uzadı danışdı, əslində onu demişdi, amma səs-küy olduğu üçün mən onu eşitmirdim. Üzüyə baxıb "Tək daş… yeni il hədiyyəsi" kimi sözlər deyərkən əyilib ayaqqabımın bağını bağladım və "Gəlin gedək" dedim".
Münasibətini gözlərdən uzaq yaşamağa üstünlük verən Özcan Deniz hər fürsətdə vaxtını oğlu Kuzey və həyat yoldaşı Samar Dadqarla keçirir.
Uzun müddətdir ailəsi ilə yaşadığı problemlərlə gündəmdən düşməyən Özcan Deniz, keçmiş həyat yoldaşı Feyza Aktanla boşandıqdan sonra axtardığı sevgini Samar Dadqarda tapıb.
Sənətçi iranlı dizayner Samarla 2023-cü ildə ailə həyatı qurub.
Oxşar xəbərlər
Dado: "Natavan istəmir övladı onun çəkdiyini çəksin"
Reper Dado (Səid Əliyev) səmimi açıqlamaları ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o "AStar" layihəsinə qonaq olarkən keçmiş həyat yoldaşı, müğənni Natavan...